"Turistlərə nəzarət olunmalıdır ki, resurslara ziyan vurulmasın" - EKSPERT
    • 18-08-2023, 18:23
    • 307

"Turistlərə nəzarət olunmalıdır ki, resurslara ziyan vurulmasın" - EKSPERT

Turizm üzrə rəqabətqabiliyyətlilik siyahısında Azərbaycan 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb. Turizm Azərbaycanda iqtisadiyyatın ayrıca sektoru kimi mövcuddur. Ümumdünya Səyahət və Turizm Şurasının hesabatına əsasən, Azərbaycan turizmin ən sürətlə inkişaf etdiyi 10 öklə arasına daxil olub. Son illər ölkəmizə gələn turistlərin sayinda kəskin artim müşahidə edilir. Şəhərimizdə tez-tez rast gəldiyimiz xarici ölkə vətəndaşları buna sübutdur. Azərbaycan sahəsinə görə kiçik ölkədir. Bu ölkənin daxilində resurlar turistləri qəbul etmək gücündədir?. Turistlərin lazımi formada istirahəti, qidalanması, əyləncəsi nece temin edilir? Buna necə nəzarət olunur?

Mövzu ilə bağlı News24.az-a danışan Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru, DAİR Otellər və Restoranlar Assosiasiyasının idarə heyətinin sədri Samir Dübəndi qeyd etdi ki,pandemiya dövründə dünyada intensiv dinamika ilə inkişaf edən turizm sənayesi demək olar ki, tamamilə məhv oldu:

"Bu, Azərbaycandan da yan keçmədi. Turizm sektorumuz demək olar ki,təxminən iki il ərzində faktiki olaraq fəaliyyətini dayandırdı. Bilirsiniz ki, müxtəlif yeni reqlamentlər, tələblər meydana çıxdı. İnsanların sağlamlığını qorumaq üçün müəyyən qadağalar tətbiq olundu ki, bu da birbaşa turizmə mənfi təsir göstərmişdi. Hazırda biz postpandemiya dövünü yaşayırıq və əminlikə deyə bilərik ki, turizm sahəsi yaxşı dinamika göstərib"


S.Dübəndi bildirdi ki, hal-hazırda inkişafdan yox bərpadan söhbət gedə bilər:


"Yəni pandemiyadan öncəki rəqəmlərə çatmaq cəhdləri göstəririk. Bu il o rəqəmlərə çata bilməsək də, gələn il bu rəqəmə nəinki çatmaq, hətta keçəcəyimizi düşünürəm. Son 3-4 ildə ölkəyə gələn turistlərin sayında kəskin artım hiss edilir. Turistlərin əksəriiyəti Hindistan, Pakistan, ərəb ölkələrindən gəlir.  Azərbaycan kiçik ölkə olsa da, həm təbii, həm də antropogen ehtiyatları zəngindir. Dünyada mövcud olan on bir iqlim zonasından doqquzu Azərbaycanda mövcuddur. Bu çox unikaldır. Biz subtropik ərazidən bir saat ərzində subarktik əraziyə keçə bilirik.Buna misal olaraq, Nabran və ona yaxın olan dağlıq ərazini göstərmək olar. Azərbaycan təbii resurslarla zəngindir amma bura gələn turistlərə nəzarət olunmalıdır ki, həmin resurslara ziyan vurulmasın". 


Ekspertin sözlərinə görə, Azərbaycan zəngin turizm resurslarına malik olduğu üçün cəlbedici bir turizm məkanına çevrilməkdədir:


"Turizm ümumiyyətlə ciddi tənzimləmə tələb edir. Həm turistlərin axını, həm nəqliy  yat məsələsi, vizaların alınması, mehmanxana və s. bu proseslərin tənzimlənməsi müəyyən qurumların üzərinə düşür. Biz QHT-lə olaraq, bizneslərin maraqlarını təmsil edirik.Bizim məqsədlərimiz odur ki, bu sahələrin inkişafı üçün töhfələr verək. Bu sahələrin inkişafı üçün müxtəlif layihələr ortaya çıxarıb realizə edək  dövlət və özəl sektor arasında körpü yaradaq. Zənnimcə biz bu gün kifayət qədər turist qəbul etmirik. Turizmdə belə bir anlayış var "over turizm" yəni, proqnozlaşdırılandan daha çox turistin gəlməyi. Bu bəzi ölkələr üçün ciddi problem yaradır. Bu hal yerli əhalinin yaşayışına, ərzağa və  s. ciddi təsir göstərir.  Azərbaycan təbii resurslarla zəngindir amma bura gələn turistlərə nəzarət olunmalıdır ki, həmin resurslara ziyan vurulmasın".


Mövzu ilə bağlı danışan Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayevanın sözlərinə görə, pandemiyadan öncə ölkəmizə xaricdən üç milyondan çox turist gəlib:

"2022-ci ildə, yəni ötən il bu rəqəm 1milyon 600 min oldu. Bu ilin ilk yeddi ayında 1 milyon 144 mindir. İlin sonuna qədər göstəricinin 2 milyona çatmasını gözləyirik. Azərbaycan turizm sənayesi 2019-cu ildə 3 milyondan çox xarici ziyarətçini çox rahatlıqla qəbul edib, heç bir problem olmadan yola salıb.  Azərbaycan turizm sənayesi hətta daha çox xarici ziyarətçini qəbul etmək potensialına malikdir.


Aydan