Ukrayna Silahlı Qüvvələri Enerqodarı ATƏŞƏ TUTDU
    • 18-08-2023, 13:50
    • 181

Ukrayna Silahlı Qüvvələri Enerqodarı ATƏŞƏ TUTDU

Zaporojye vilayətinin Enerqodar şəhərində Ukrayna Silahlı Qüvvələrinin səhər saatlarından atəşə tutması nəticəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə TASS regional əməliyyat xidmətlərinə istinadən məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələri Enerqodarı atəşə tutub”, – nəşr yazır.

Əməliyyat xidmətlərindən verilən məlumata görə, yanğın Stroiteley 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib.

“Zərərçəkənlər və dağıntılar barədə məlumat dəqiqləşdirilir”, - əməliyyat xidmətlərinin nümayəndəsi əlavə edib.

Aynurə