Ukrayna Baş Qərargahı: Ruslar Zaporojye AES-ə bomba yerləşdirib
    • 4-07-2023, 21:25
    • 310

Ukrayna Baş Qərargahı: Ruslar Zaporojye AES-ə bomba yerləşdirib

Ukrayna Silahlı Qüvvələri rus ordusunun nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının (AES) ərazisində yaxın gələcəkdə təxribatların hazırlana biləcəyini rəsmən açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

"Əməliyyat məlumatlarına görə, bu gün Zaporojye AES-in üçüncü və dördüncü enerji bloklarının xaricində partlayıcı qurğulara bənzər yad obyektlər yerləşdirilib. Onların partladılması enerji bloklarına zərər verməməlidir, lakin Ukraynanın atəşə tutması mənzərəsini yarada bilər. Rusiya mediası və Teleqram kanalları bu barədə yanlış məlumat verir”, - deyə bildirilib.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri beynəlxalq humanitar hüquq normalarını pozmur, vəziyyəti izləyir, nəzarət edir və istənilən şəraitdə hərəkətə keçməyə hazırdır.