"Twitter" istifadəçilərin bloklamaq imkanını ləğv edəcək
    • 19-08-2023, 01:54
    • 148

"Twitter" istifadəçilərin bloklamaq imkanını ləğv edəcək

Twitter sosial şəbəkəsi istifadəçiləri bloklamaq imkanını aradan qaldırmaq qərarına gəlib. Bunun dəqiq nə vaxt baş verəcəyi hələ məlum deyil.

News24.az xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi İlon Mask profilində paylaşım edib.

O, istifadəçilərin şəxsi mesajlarının göndərilməsinin qarşısını almaq variantının olacağını qeyd edib.

Mask bu cür planlar haqqında daha ətraflı açıqlama verməyib.

Leyla SƏMƏNDƏR