Bu gün Dünya Fotoqrafiya Günüdür
    • 19-08-2023, 08:18
    • 142

Bu gün Dünya Fotoqrafiya Günüdür

Bu gün Dünya Fotoqrafiya və ya Dünya Foto Günüdür. Həmin təqvim 2009-cu ildə avstraliyalı fotoqraf Korske Ara tərəfindən təsis edilib.

News24.az xəbər verir ki, ilk dəfə 2010-cu ildə qeyd olunan bu gün insanlara özlərini ifadə etməyə imkan verən və ictimaiyyətin diqqətini çəkən fotoqrafiya sənətinin qlobal bayramıdır.

Hər il avqustun 19-da dünyanın hər yerindən peşəkar və həvəskar fotoqraflar müxtəlif şəkillər çəkərək #worldphotoday həştəqi vasitəsilə izləyiciləri ilə paylaşırlar./AZƏRTAC//