Süni intellektin yaratdığı foto ilə qalib oldu, mükafatdan imtina etdi
    • 18-04-2023, 11:37
    • 274

Süni intellektin yaratdığı foto ilə qalib oldu, mükafatdan imtina etdi

Alman rəssam Boris Eldaqsen süni intellektlə yaradılmış foto ilə “Sony World Photography” mükafatını qazanıb.

News24.az xəbər verir ki, rəssam mükafatı almaqdan imtina edib.

Qalib gələn fotoda müxtəlif nəsillərdən olan iki qadın ağ-qara rəngdə təsvir edilib.

“Süni intellektin təsviri və fotoqrafiya belə bir mükafat üçün bir-biri ilə rəqabət aparmamalıdır. Onlar fərqli anlayışlardır. Süni intellekt fotoqrafiya deyil. Ona görə də mükafatı qəbul etməyəcəyəm”, - deyə rəssam bildirib.