Ata və 3 azyaşlı övladı qəzada öldü - ADLAR
    • 19-08-2023, 09:44
    • 653

Ata və 3 azyaşlı övladı qəzada öldü - ADLAR

Şəkidə ağır yol qəzasında həlak olan bir ailənin dörd üzvünün şəxsiyyəti məlum olub. 


News24.az unikal-a istinadən xəbər verir ki, ata və üç övladı aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb, ana isə ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 


Ölənlər:

Ata – 1989-cu il təvəllüdlü Nicat Namiq oğlu Mirzəyev Şəki şəhər sakini. 


Övladları  – 2012-ci il təvəllüdül Nuray Mirzəyeva, 2013-cü il təvəllüdlü Aysun Mirzəyeva və 2021-ci il təvəllüdlü Uğuz Mirzəyev. 


Yaralı:

Ana - 1992-ci il təvəllüdlü Qızxanım Nürəddin Mirzəyeva. 


Faktla bağlı araşdırma aparılır.