-
- 7-04-2023, 10:03
- 249
Mikroavtobusun vurduğu ikinci süpürgəçi də ÖLDÜ
Bu ilin martında Yevlaxda baş verən qəzada xəsarət alan qadın vəfat edib.
News24.az qafqazinfo-a istinadən xəbər verir ki, avtomobil vurması ilə ağır xəsarət alan Bəsdi Halay qızı Mirzəyeva müalicə aldığı xəstəxanada ölüb.
Yaralının aprelin 6-da həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, bu il martın 26-da 1991-ci il təvəllüdlü Abdullayev Ruslan Sakit oğlu idarə etdiyi “QAZ-322132” markalı, 02 BF 780 dövlət qeydiyyat nişanlı mikroavtobusla Yevlax şəhəri Nizami prospektində piyadalar - 1975-ci il təvəllüdlü Ələsgərova Səbinə Rafiq qızı və 1962-ci il təvəllüdlü Mirzəyeva Bəsdi Halay qızını vurmuş, nəticədə Səbinə Ələsgərova hadisə yerində ölmüşdü. Bəsdi Mirzəyeva isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi. Dünən isə o, edilən bütün müdaxilələrə baxmayaraq, vəfat edib.
Faktla bağlı Yevlax RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi açılıb. Hazırda faktla bağlı ibtidai istintaqı aparılır.