Neftçalada iki qardaş ağır qəzaya uğradı: Ölən və yaralanan var
    • 21-09-2022, 23:38
    • 338

Neftçalada iki qardaş ağır qəzaya uğradı: Ölən və yaralanan var

Neftçalada bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qardaşbəyli kəndində olub.

Belə ki, “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən anidən idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində Salyan şəhər sakini, 1991-ci il təvəllüdlü Abbasov Cahid Cavid oğlu ölüb, C.Abbasovun qardaşı Salyan şəhər sakini, 1990-cı il təvəllüdlü Abbasov Şəhriyar Cavid oğlu isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /Report/