Azərbaycanda sürücü avtomobildə yanaraq ÖLDÜ
    • 19-08-2023, 13:33
    • 619

Azərbaycanda sürücü avtomobildə yanaraq ÖLDÜ

Balakəndə minik avtomobilində yanaraq ölüb.


News24.az xəbər verir ki, hadisə Tülü kəndi ərazisində baş verib.


Kənd sakini 1988-ci il təvəllüdlü Dinavasov Arus Səidbəy oğluna məxsus "Nexia R3" markalı minik avtomobilində yanğın baş verib.


Yanğın yerinə Balakən YMH-nin texnikaları cəlb olunub. Yanğın qısa müddətdə məhdudlaşdırılıb. Lakin sürücü Dinavasov Arus Səidbəy oğlu avtomobildə yanaraq ölüb.


Faktla bağlı araşdırma aparılır.