Şəkidə yük avtomobili yandı
    • 21-12-2022, 20:40
    • 245

Şəkidə yük avtomobili yandı

Şəkidə yük avtomobilində yanğın olub.

News24.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Öyrət kənd ərazisində qeydə alınıb.

Belə ki, 1991-cü il təvəllüdlü Qaracayev Murtuzəli Əmircan oğluna məxsus “Renault” markalı yük avtomobilində yanğın baş verib. Yanğın yerinə yanğınsöndürən maşın və şəxsi heyyət cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı yük avtomobilinin şinləri yanıb.

Faktla bağlı araşdırma aparılır.