“X” sosial şəbəkəsi “App Store” və “Google Play”dən silinə bilər - VİDEO
    • 20-08-2023, 17:29
    • 106

“X” sosial şəbəkəsi “App Store” və “Google Play”dən silinə bilər - VİDEO

“X” (əvvəllər “Twitter”) qaydaları pozduğuna görə “App Store” və “Google Play” mağazalarından silinə bilər.

News24.az Report-a istinadən xəbər verir ki, bu barədə “Rozekted” portalı məlumat yayıb.

Bundan əvvəl “X”in sahibi İlon Mask istifadəçilərə digər insanları bloklamağa imkan verən “qara siyahı” funksiyasından imtina etmək planları barədə danışıb. Bu isə bloklama sistemi, uyğun olmayan məzmun və istifadəçilərlə bağlı şikayətlər tələb edən “Android” və iOS proqram mağazalarının qaydalarını poza bilər.

Ətraflı RTV-nin süjetində: