49 ölkə Rusiya-Afrika sammitində iştirakını təsdiqləyib
    • 25-07-2023, 23:00
    • 263

49 ölkə Rusiya-Afrika sammitində iştirakını təsdiqləyib

Bu həftə keçiriləcək Rusiya-Afrika sammitində 49 Afrika ölkəsindən nümayəndə heyətləri, o cümlədən 17 dövlət başçısı iştirak edəcək.

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.  

Kremlin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Qərb dövlətlərinin müqavimətinə baxmayaraq, sammit davam edəcək.

"Biz bu vəziyyətdə ikinci Rusiya-Afrika Sammitini keçirə biləcəyik. Bu günə olan məlumata görə, 54 ölkədən 49-u Sammitdə iştirakını təsdiqləyib. On yeddi ölkəni Baş nazirlər, Xarici İşlər nazirləri, 5 ölkəni öz səfirləri təmsil edəcək”.

Rəsmi bildirib ki, Rusiya qarşıdan gələn Sammitə hazırlaşmaq üçün çox ciddi və davamlı çalışıb.

“Biz bu sammitə çox böyük əhəmiyyət veririk və onun uğurlu olacağına ümid edirik”.

Qeyd edək ki, ikinci Rusiya-Afrika sammiti forumunun iyulun 27-28-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılır.