-
- 20-08-2023, 23:04
- 172
Danimarka və İsveç səfirləri İran XİN-ə çağırıldı
İsveç və Danimarkanın Tehrandakı səfirləri Quranın yandırılması ilə bağlı silsilə aksiyalarla əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.
News24.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, İran XİN rəhbəri səfirlərin hər biri ilə ayrıca görüş keçirib və Qurani-Kərimin təkrar yandırılması olaylarını kəskin tənqid edib.
Diplomat qeyd edib ki, bu hadisələrə görə Danimarka və İsveç tam məsuliyyət daşıyır./Axar.az/