-
- 21-08-2023, 12:41
- 180
FTX-dən Şoyqu və Gerasimovla bağlı Putinə ŞOK TƏKLİF
Rusiyanın FTX ekspertləri Vladimir Putinə müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu istefaya göndərməyi məsləhət görür.
News24.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri FTX mənbələrinə istinadən yazır. Qəzetin yazdığına görə, Rusiya təhlükəsizlik xidmətində Rusiyanın döyüş meydanındakı uğursuzluqlarından narazılıq hələ də qaynayır və buna görə Şoyqu və Gerasimovu məsuliyyətə cəlb etmək təklif olunur.
Nəşr yazır: “Bir çox yerli elita Putinin üsyana zəif reaksiyası, həmçinin Priqojini cəzalandırmaması qarşısında dəhşətə gəldi”.
Qeyd olunur ki, Priqojinin hücumunun əsas obyektləri olan müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov hələ də öz mövqelərində qalırlar, lakin onların zərərsizləşdirilməsi cəhdi dövlət təhlükəsizliyinin ən mühüm strukturlarında müəyyən dəstək alıb.
Eyni zamanda, nəşr qeyd edir ki, indiyədək Şoyqu və Gerasimovu işdən çıxarmaq üçün ciddi əlamətlər yoxdur.
Akqabay