Ruhi Əliyeva ad gününü məhkum xanımlarla birgə qeyd edib - VİDEO
    • 8-03-2019, 12:38
    • 3 054

Ruhi Əliyeva ad gününü məhkum xanımlarla birgə qeyd edib - VİDEO

Bu gün 8 mart Beynəlxalq Qadınlar Günü bayramı münasibətilə iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyevanın təşəbbüsü ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində konsert proqramı təşkil edilib.

News24.Az bildirir ki, bu gün həm də ad günü olan Ruhi xanım ənənəsinə sadiq qalaraq. özəl gününü yenə də məhs azadlıqdan məhrum olunmuş xanımlarla birgə keçirməyi üstün tutub. 

"Liatris Production"ın direktoru Tarix Əliyevin təşkilatçılığı ilə ərsəyə gələn bayram tədbirinin aparıcılığı Zaur Kamala həvalə edilib. Aparıcı tədbiri açıq elan etdikdən sonra, çıxış üçün ilk olaraq Ruhi Əliyevanı səhnəyə dəvət edib. Ruhi xanım çıxışı zamanı qəhərlənərək, məhkum xanımların dərdinə şərik olub, onlara səbr, toxtalıq verərək, bayram münasibətilə təbrik edib:

"Hadisə insanın başına bir dəfə gəlir. Heç kim həyatından sığortalanmayıb. Mənim əzizlərim, analarım, bacılarım, sizi təbrik edirəm. 
Heç bir qadına evindən, ocağından, ailəsindən uzaq düşməyi arzulamıram. Allah qapılarınızı açıq etsin. 

Allah prezidentimizə can sağlığı versin. İnanıram ki, bu il də bir neçə qadınımıza əfv fərmanı şamil olunacaq. Çünki prezidentimiz çox mərhəmətli, ədalətlidir. Bu, danılmaz həqiqətdir. O gün olsun ki, cəzaçəkmə müəssisənin qapıları taybatay açılsın və hər biriniz azadlığa çıxasınız".