Sibel Can Bakıda xalça toxudu: "Bu gözəl hissdir" – EKSKLÜZİV – VİDEO
    • 7-03-2019, 20:04
    • 1 548

Sibel Can Bakıda xalça toxudu: "Bu gözəl hissdir" – EKSKLÜZİV – VİDEO

“Sizi görməkdən xoşbəxtəm. Hər birinizin qarşısında Ruhi xanıma təşəkkürümü bildirirəm. Uzun fasilədən sonra möhtəşəm məkanda çox gözəl konsert reallaşacaq. Hər birimiz üçün musiqi ziyafəti olacaq. Çox həyəcanlıyam. Həm də mən sizin ailənin üzvüyəm. Bu evin qızıyam. Ona görə də gəldiyim üçün sevincliyəm.

8 Mart bütün qadınların bayramıdır. Həmin gün eləcə də Ruhi xanımın doğum günüdür. Sabah birlikdə qeyd edəcəyik”.

News24.az xəbər verir ki, bu sözləri “Liatris Holding”in təşəbbüsü, “Liatris Production”ın təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günündə Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış etməyə hazırlaşan Türkiyənin məşhur müğənnisi Sibel Can jurnalistlərlə görüşündə deyib.

Konsertən 1 gün əvvəl Bakıya gələn ifaçı oğlu Engincanı da özü ilə gətirib. Onlar iş xanımı Ruhi Əliyevanın xüsusi olaraq hazırladığı proqram üzrə paytaxtın maraqlı məkanlarını gəzib, ziyarət ediblər.

Gəzintidən sonra Ruhi xanım Sibel Can və oğlu Engincanı şəxsən evində qonaq edib.

Bəhs edilən video-görüntüləri təqdim edirik:

Teymur MƏMMƏDOV
Video: Fərid ŞABANOV