"Azərbaycan anti-terror əməliyyatlarına getməyəcək" - Politoloq
    • 21-08-2023, 17:53
    • 106

"Azərbaycan anti-terror əməliyyatlarına getməyəcək" - Politoloq

"Ermənistanın ardıcıl şəkildə təxribat törətməsi məhz Azərbatcanı hərbi əməliyyatlara təhrik etməyə hesablanıb, çünki bilirik ki, Ermənistan Fransa, Hindistan və s. ölkələr vasitəsilə silahlanmağa davam edir. Həmçinin Ermənistan çalışır ki, arxasında duran dövlətləri hərbi əməliyyatlara daxil etsin. Bununla da məqsəd regionda sabitliyi pozaraq gərginlik yaratmaq həmçinin Zəngəzur dəhlizinin açılmasına maneə olmaqdır".

Bu sözləri News24.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq hesab edir ki, Azərbaycan anti-terror əməliyyatlarına hazır olsa da buna getməyəcək.

"Ermənistanın istənilən hərbi birləşməsini, təxribatyönlü addımlarını tərk-silah edəcəyik.

Öz rəqibini bir neçə dəfə üstələyən aktor heç vaxt belə təxribatlara getməli deyil. Lazım gələrsə, biz lokal əməliyyatlarla qarşı tərəfi susdurmağa qadirik",- deyə politoloq fikrini yekunlaşdırıb.

Ayşən Rəhim