"Qarabağda gərginlik artacaq" - DEPUTAT
    • 17-08-2023, 16:30
    • 167

"Qarabağda gərginlik artacaq" - DEPUTAT

 “BMT Təhlükəsizlik Şurası keçirilən müzakirələr, Ermənistanın və havadarlarının ümidlərini doğrultmadı. Erməni yalanları bu dəfə də, fiaskoya uğradı. Azərbaycan diplomatiyası, tutarlı faktlarla milli maraqlarımızı müdafiə etdi”.
 
Bu sözləri News24.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.


Onun sözlərinə görə,  bundan sonra nə baş verəcəyi Ermənistandan, Qarabağda yaşayan ermənilərin davranışlarından asılıdır.

“İki yol var: Birincisi, dünənki, müzakirələrdən düzgün nəticə çıxarsalar, regiona sülh, əmin-amanlıq gələr. İkincisi, müharibə ritorikasını davam etdirsələr, separatçılığa dəstək versələr, gərginlik artacaq və Azərbaycan Silahlı Qüvvələri, anti-terror əməliyyatları keçirməklə, konstitusion borcunu yerinə yetirəcək. Anti-terror əməliyyatlarının keçirilməsi üçün tam hüquqi zəmin var. Həmişə olduğu kimi, Azərbaycan problemləri, danışıqlar yolu ilə həll etməyə üstünlük verir. Ancaq, hər şeyin bir həddi var. Müvafiq şərait yetişdikdə əsgərimiz sözünü deyəcək, “Dəmir Yumruq” Qarabağda sepatarizmin kökünü bir dəfəlik kəsəcək” ,- deyə o, fikrini yekunlaşdırıb. 
 
Ayşən Rəhim