Qeyri-qanuni erməni silahlı dəstələrinin gücləndirmə tədbirlərinin qarşısı alındı-Video
    • 21-08-2023, 21:51
    • 96

Qeyri-qanuni erməni silahlı dəstələrinin gücləndirmə tədbirlərinin qarşısı alındı-Video

Avqustun 21-də saat 19:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri ilə üzbəüz mövqelərini gücləndirmək məqsədilə "Ural" markalı hərbi nəqliyyat vasitəsində yerdəyişmə fəaliyyəti müşahidə edilib.

Bu barədə News24.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimizin sayıqlığı nəticəsində qeyd olunan istiqamətdə qəti tədbirlər görülüb, yerdəyişmənin qarşısı alınıb.

Ətraflı RTV-də: