-
- 8-03-2019, 20:04
- 2 470
Təcili: Azərbaycanı “Eurovision 2019”-da Çingiz Mustafayev təmsil edəcək – VİDEO
Artıq mahnı və klip hazırdır
Azərbaycanı İsrailin Tel-Aviv şəhərində keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində 27 yaşlı müğənni, bəstəkar və musiqiçi Çingiz Mustafayev təmsil edəcək.
İctimai Televiziyanın mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müğənni “Truth” mahnısı ilə Tel-Aviv səhnəsini fəth edəcək. Çingiz xüsusi olaraq “Eurovision 2019” mahnı müsabiqəsi üçün artistlik tərzini və yanaşmasını dəyişib. O, əsas ehtirası olan flamenco, hətta gitarasından belə imtina edib. Azərbaycanlı ifaçı Tel-Əvivə özü ilə “Truth” adlı yaddaqalan və çox şəxsi mahnını aparacaq: “Etiraf edirəm ki, “Truth” mahnısının Çingizə uyğun olacağına əmin deyildim. Çünki öz üzərində eskpriment o flamenko və gitaranı sevən milli musiqiçidir. Şəxsi tanışlıqdan sonra isə onun haqda fikirlərim tamamilə dəyişdi. O, inanılmaz dərəcədə ehtiraslı musiqiçi və müğənnidir. Onunla birlikdə mahnıya Azərbaycanın milli ifaçılıq manerası və şərq ürəyi qatdıq". Bu sözləri bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanov deyib. Bəstəkarın mahnısı İctimai Televiziyanın bu ilin yanvar ayında təşkil etdiyi milli seçim turunda müxtəlif ölkələrdən göndərilmiş 350 namizəd mahnı arasından seçilib. "Truth" zəhərli sevgi münasibətindən bəhs edir. Burada həqiqətə yer yoxdur. Cütlüklərdən biri sevgisinə xəyanət edir və qarşısındakı vəziyyəti qəbul etmək və ya sevgi illuziyasını dağıtmaq seçimi qarşısında qoyub.
Çingiz Mustafayev haqqında
Çingiz Moskvada dünyaya göz açıb. O, 6 yaşında ailəsi ilə birgə 20 min əhalisi olan Azərbaycanın Qazax şəhərinə köçüb. İfaçı, yeniyetmə yaşlarında gitarada ifa edib, mahnılar bəstələyib. Çingiz Mustafayev 13 yaşında anası və qardaşı ilə Qazaxdan Bakıya köçüb. Burada onu "Pop İdol" verilişinin Azərbaycan versiyasına dəvət olunub. Tamaşaçı və jurinin dəstəyi ilə layihədə qalib gələn ifaçı Azərbaycan musiqisinin doğulan ulduzu olub. Müğənni 2013-cü ildə Azərbaycanı Yurmalada təşkil olunmuş "Yeni dalğa" müsabiqəsində təmsil edib. 2016-cı ildə isə Ukraynada "Səs" layihəsinə qatılıb. Çingiz itləri, səyahəti və yoqanı sevir. O, açıq havada meditasiya edir, kunq-fu ilə məşğul olur və velosiped sürür.
Teymur MƏMMƏDOV