Yunanıstan ukraynalı F-16 pilotlarına təlim keçəcək - Zelenski
    • 22-08-2023, 00:51
    • 87

Yunanıstan ukraynalı F-16 pilotlarına təlim keçəcək - Zelenski

Yunanıstan ukraynalı pilotların F-16 qırıcılarının təlimində iştirak edəcək.

News24.az "RBK-Ukraine"yə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bəyanat yayıb.

"Bu gün biz Yunanıstanın cənab Baş naziri Kiriakos Mitsotakis ilə bir neçə prioritet mövzunu müzakirə etdik. Təbii ki, mən döyüş meydanındakı vəziyyət, rusiyalı terrorçuların zərbələri, qlobal təhlükəsizliyi və dövlətimizin ərazi bütövlüyünü bərpa etmək imkanlarımız haqqında məlumat verdim",-deyə prezident bildirib.

Zelenski Yunanıstanın baş naziri ilə Ukraynanın müdafiə ehtiyaclarını müzakirə edib və Rusiyanın təcavüzünün sonunu sürətləndirə biləcək konkret məqamları qeyd edib.

Leyla SƏMƏNDƏR