Zelenski Şolts və Makronla görüşüb
    • 20-05-2023, 18:33
    • 268

Zelenski Şolts və Makronla görüşüb

Ukrayna prezidenti Vladimir Zelenski Xirosimada Yeddilik Qrupu (G7) sammiti çərçivəsində Almaniya Kansleri Olaf Şoltsla görüşüb.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti özünün “Telegram” kanalında bildirib.

O, kanslerlər Almaniyaya səfərinin nəticələrini müzakirə edib.

“Mən Ukraynanın Almaniyadan aldığı güclü müdafiə yardımına görə təşəkkür etdim, - o əlavə edib.

Ukrayna Prezidenti həmçinin, Fransa Prezidenti Emmanuel Makronla da görüşüb. “Fransaya Ukraynaya hərbi və humanitar yardımla bağlı mühüm qərarlara görə təşəkkür edirəm. Fransanın döyüş təyyarələri koalisiyasına dəstəyi və ukraynalı pilotların hazırlanması üçün təlim missiyasında iştirakı vacibdir”, - Zelenski deyib.

Makron öz növbəsində Ukrayna “sülh formulu”nun həyata keçirilməsinin və buna mümkün qədər çox ölkənin cəlb edilməsinin prioritet olduğunu vurğulayıb.