Nərimanovda 30 yaşlı kişi qətlə yetirilib
    • 22-08-2023, 08:19
    • 137

Nərimanovda 30 yaşlı kişi qətlə yetirilib

Avqustun 22-da saat 07:00 radələrində Nərimanov rayonu R.Əliyev küçəsində 1993-ci il təvəllüdlü Məhərrəmov Samir Mehrab oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətindən tədbirlər görülür.