Koronavirusdan 2 il sonra bu xəstəliklər üzə çıxır
    • 22-08-2023, 10:46
    • 124

Koronavirusdan 2 il sonra bu xəstəliklər üzə çıxır

Ağciyər xəstəliyi, şəkərli diabet və yorğunluq riski koronavirus infeksiyasından iki il sonra da davam edə bilər.

 

News24.az xəbər verir ki, bu barədə “Washington Post” yazır.

“Koronavirusun hətta yüngül formalarından sağalmış insanlar sağaldıqdan iki il sonra da ağciyər xəstəliyi, yorğunluq, şəkərli diabet və bir sıra digər post-COVID  sindromu xəstəliklərinə tutulma riski altındadırlar”, - nəşr yazıb.

İlk dəfə olaraq elmi şəkildə təsdiq olunur ki, COVID sindromu səbəbiylə inkişaf edə biləcək bəzi təsirlər xəstəlikdən sonra bir ildən çox davam edə bilər.

Tədqiqat həmçinin göstərir ki, koronavirus səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələr, xüsusən də daimi sağlamlıq problemləri və infeksiyadan iki il sonra ölüm riski altındadırlar, lakin xəstəliyə daha asan qalib gələn insanlar onun nəticələrinə qarşı immun deyillər.

Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş alimi Ceremi Farrar bildirmişdi ki, COVID-19-un təbii mənşəyi ilə bağlı fərziyyə getdikcə daha çox ehtimal olunur, lakin digər fərziyyələr hələ də nəzərdən keçirilir.

 

Ayşən