Davamlı olaraq yorğunsunuzsa, sizdə BU XƏSTƏLİK ola bilər...
    • 12-12-2022, 16:54
    • 1 290

Davamlı olaraq yorğunsunuzsa, sizdə BU XƏSTƏLİK ola bilər...

Çox insanın şikayət etdiyi yorğunluq, oynaq ağrısı, nəfəs darlığı və depressiya kimi problemlər əslində, “long COVID”, yəni, “(uzun) davamlı COVID”in əlamətləri hesab edilir. Koronavirusa yoluxan insanların təxminən 20 faizində bu virus sağ qaldıqdan aylar sonra da öz fəsadlarını büruzə atır. 

News24.az xəbər verir ki, mütəxəssislərin fikrincə, “davamlı COVID”i yaşayan insanlarda uzunmüddətli ağciyər tutulması baş verir. 

“Davamlı COVID”-in əsas əlamətləri bunlardır: 

- Daimi yorğunluq

- Nəfəs darlığı

- Sinə ağrısı

- Öskürək

- Oynaq ağrıları

- Depressiya

- Əzələ ağrısı

- Mədə-bağırsaq problemləri

- Baş ağrısı

- Göz xəstəlikləri

- Dəri problemləri

- Çaşqınlıq, diqqəti cəmləyə bilməmək və fikirləri sözə çevirməkdə çətinlik çəkmək

Bundan əlavə, COVID-19 xəstələrinin 50 faizdən çoxu infeksiyadan 5 ay sonra qoxu hisslərinin normala qayıtmadığını bildirib. /CNN Türk/