Azərbaycanlı müəllim həbs EDİLDİ
    • 22-08-2023, 11:20
    • 190

Azərbaycanlı müəllim həbs EDİLDİ

Tehrandakı Evin həbsxanasında məhkum olan güneyli müəllim və fəal Cəfər İbrahimi 5 il müddətinə azadlıqdan məhrum edilib. 

News24.az xəbər verir ki, bu barədə Müəllimlərin Həmkarlar İttifaqının Koordinasiya Şurası həbs cəzasının təsdiqi barədə məlumat verib. 

Sözügedən Şura bəyanat yayaraq Məhkəmənin qərarını pisləyib və bunu ona qarşı təxribat adlandırıb. 

Xatırladaq ki, Cəfər İbrahimi Müəllimlər Birliyinin 2022-ci il 1 may tarixinə təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Aynurə