İranda daha bir müəllim həbs edildi
    • 17-07-2023, 14:24
    • 249

İranda daha bir müəllim həbs edildi

Müəllimlərin Həmkarlar İttifaqının üzvü və siyasi fəal Sara Siyahpur Apellyasiya Məhkəməsinin hökmü ilə 6 il müddətində azadlıqdan məhrum edilib.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, o, “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə 6 il həbs cəzası alıb.

Sara “siyasi partiyalara, təşkilatlara üzvlük və kiberməkanda yalan fikirlər yaymaq” ittihamı ilə isə 2 il müddətində ölkədən çıxışına qadağa qoyulub.

Aynurə