Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitə bilər
    • 22-08-2023, 14:12
    • 141

Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitə bilər

Ukrayna ərazisində hərbi əməliyyatlar payızın sonuna qədər başa çata bilər. 

News24.az xəbər verir ki, bu fikri “İzvestiya”ya müsahibəsində xüsusi təyinatlıların keçmiş zabiti, ehtiyatda olan polkovnik Anatoli Matviyçuk deyib.

"Düşünürəm ki, hərbi əməliyyatlar payızın sonuna qədər başa çatacaq, çünki Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı qaldırdığı qüvvələr və vasitələr artıq nə müdafiə, nə də hücum məsələlərini həll etmək iqtidarında deyil".

Eyni zamanda o, əlavə edib ki, Qərb ölkələri hərbi texnika tədarükünü davam etdirsələr, münaqişə hələ də uzana bilər.

Bundan əvvəl ukraynalı zabit “Le Temps” qəzetinə müsahibəsində bildirmişdi ki, qışın başlaması Ukrayna Silahlı Qüvvələri üçün döyüş əməliyyatlarının aparılmasını xeyli çətinləşdirəcək. 

Qumral