Bu istiqamətdə hərəkət MƏHDUDLAŞDIRILACAQ
    • 22-08-2023, 15:54
    • 103

Bu istiqamətdə hərəkət MƏHDUDLAŞDIRILACAQ

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-ci km-lik hissəsində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 26 avqust saat 01:00-dan 07:00-dək hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

News24.az xəbər verir ki, bu barədə Azərbvaycan Avtomobil Yolları Agentliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur./apa/