Bəy toy əhdi zamanı gəlinin xəyanətindən DANIŞDI
    • 22-08-2023, 17:31
    • 142

Bəy toy əhdi zamanı gəlinin xəyanətindən DANIŞDI

İtaliyada bəy toy andı zamanı gəlinin xəyanətindən danışıb.

News24.az xəbər verir ki, bu barədə  "İndependent" nəşri məlumat yayıb. 

Toy andını oxuyan 64 yaşlı Massimo Serj toplaşan qonaqları təəccübləndirib. O, sevgi elanı əvəzinə hər kəsə nişanlısı Kristinanın onu başqası ilə aldatdığını deyib.

“Mən Kristinaya sevgi azadlığı vermək istəyirəm. Onun məndən daha çox maraqlandığı başqa bir insan var. O, məşhur hüquqşünası sevir. Hörmətli Kristina, mən bilirəm ki, sən onu mənəvi və fiziki cəhətdən nə qədər sevirsən”, - deyə Massimo bildirib.

Gəlin təəccüblə toy qonaqlarına baxarkən, Serj toyda Kristinanın xəyanətlə bağlı bir sıra kadrlarını yayımlayıb.

Aynurə