Özünüməşğulluq proqramı üzrə daha 66 təlimçi hazırlanıb
    • 9-03-2019, 13:28
    • 797

Özünüməşğulluq proqramı üzrə daha 66 təlimçi hazırlanıb

Özünüməşğulluq proqramı üzrə daha 66 təlimçi hazırlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az-a verilən məlumata görə, nazirliyin  Dövlət Məşğulluq Xidməti özünüməşğulluq proqramına müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərin keçirilməsi üçün təlimçilərin hazırlanması prosesini davam etdirir.

Bu məqsədlə Sumqayıt, Gəncə, Yevlax, Göyçay, Beyləqan və Salyan rayonlarında növbəti təlim kursları keçirilib. Təlimlərdə  BƏT-in bir çox ölkələrdə müvəffəqiyyətlə sınaqdan keçmiş metodologiyasından istifadə edilib.

Ümumilikdə, təlimdə 66 nəfər iştirak edib. Onlara Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə baş təlimçisi tərəfindən “Öz biznesinə başla” proqramı çərçivəsində aidiyyəti mövzularda bilik və bacarıqlar öyrədilib. Nazirlikdən qeyd edilib ki, növbəti mərhələdə təlimlərin Bakı şəhəri üzrə təşkil edilməsi planlaşdırılır.