Özünüməşğulluq proqramı üzrə təlimlər başladı - FOTO
    • 23-01-2020, 11:22
    • 839

Özünüməşğulluq proqramı üzrə təlimlər başladı - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2020-ci il üçün özünüməşğulluq proqramı üzrə təlimlərə başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, ilkin mərhələdə təlimlər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda təşkil edilib. Bir aylıq təlim müddətində iştirakçılara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədiləcək.

Təlimin yekununda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək. 

Yaxın günlərdə bölgələrdə də özünüməşğulluq proqramı iştirakçıları üçün təlimlərin keçirilməsinə başlanacaq.