Maradonanın daha üç övladı olduğu müəyyənləşib
    • 9-03-2019, 23:54
    • 898

Maradonanın daha üç övladı olduğu müəyyənləşib

Argentina milli komandasının əfsanəvi futbolçusu Dieqo Maradonanın vəkili Matias Morla onun daha üç uşaq atası olduğunu etiraf edib.

News24.Az BBC-yə istinadən xəbər verir ki, 59 yaşlı sabiq hücumçu atalıq testi aparmaq üçün Kubanın paytaxtı Havanaya gedəcək.
Onun bundan sonra iki qadından daha üç uşağın atası olduğu rəsmiləşəcək. Həmin şəxslər Maradonanın soyadını daşıyacaq. 
Maradona 2000-2005-ci ildə Kubada narkotik aludəçisi olduğuna görə müalicə alıb.
Qeyd edək ki, hazırda Meksikanın "Dorados" komandasının baş məşqçisi olan Maradonanın daha öncə ilk həyat yoldaşından iki qızı, hazırkı həyat yoldaşından isə bir oğlu var. O, həmçinin məhkəmələrdən sonra daha iki uşağın (oğlan və qız) atası olduğunu etiraf edib.