57 yaşlı Maradona 28 yaşlı modellə evlənir - FOTO
    • 27-07-2018, 14:35
    • 1 236

57 yaşlı Maradona 28 yaşlı modellə evlənir - FOTO

Əfsanəvi futbolçu, Argentina yığmasının sabiq hücumçusu Maradona evlənəcəyini bəyan edib.

News24.az-ın xəbərinə görə, 57 yaşlı Maradonanın gələcək həyat yoldaşı 28 yaşlı model Rosio Olivedir.
 
Cütlük artıq uzun müddətdir birlikdədir. 2014-cü ildə bütün Argentina "Futbol Allahının" evlənməyini gözlədiyi bir vaxtda, Maradona sevgilisini oğurluqda ittiham edərək ondan ayrıldı.

İndi yenidən bir araya gələn cütlük talelərini nikah telləri ilə birləşdirəcəyini bəyan edib.

İlhamə