"Türk Hava Yolları"nın təyyarəsi Bakıya təcili eniş ETDİ
    • 23-08-2023, 09:46
    • 72

"Türk Hava Yolları"nın təyyarəsi Bakıya təcili eniş ETDİ

Manila-İstanbul reysini həyata keçirən "Türk Hava Yolları" şirkətinə məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

News24.az "Report"-a istinadən xəbər verir ki, bu barədə hava limanı məlumat yayıb.

Məlumata görə, buna səbəb təyyarədə olan 45 yaşlı qadın sərnişinin vəziyyətinin kəskin pisləşməsi (ürək tutması) olub. “Airbus A350” təyyarəsi saat 03:30-da Bakıya eniş edib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib. Təyyarə saat 05:07-də Bakıdan İstanbula yola düşüb.