-
- 12-07-2023, 18:57
- 288
Qazaxıstana məxsus təyyarə Bakıya təcili eniş etdi
Qazaxıstana məxsus “Air Astana” aviaşirkətinin Şarm-əl-Şeyx-Atırau reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
News24.az Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.
“Airbus A320neo” təyyarəsi yerli vaxtı ilə saat 16:50-də Bakı hava limanında uğurla eniş edib.
Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.