Türkiyə təyyarəsi Bakıya təcili eniş etdi
    • 10-07-2023, 09:43
    • 281

Türkiyə təyyarəsi Bakıya təcili eniş etdi

"Türk Hava Yolları" şirkətinin İstanbul-Hoşimin (Vyetnam) reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

News24.az bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub. "Airbus A350" təyyarəsi yerli vaxtı ilə saat 06:52-də Bakı hava limanında uğurla eniş edib. Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.