Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçirilib
    • 9-03-2019, 13:20
    • 681

Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, imtahanlar DİM-in inzibati binasında təşkil olunmaqla təlimata təşkil olunub.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 40 nəfərdən 33 nəfəri iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Mərkəzdən qeyd edilib ki, SAT imtahanın nəticəsinin martın 22-də elan olunması gözlənilir. 

Nəticələrlə https://sat.collegeboard.org/scores linkində tanış olmaq mümkün olacaq.