Bakıdakı partlayışda xəsarət alan bacı-qardaşın SON DURUMU
    • 23-08-2023, 12:15
    • 430

Bakıdakı partlayışda xəsarət alan bacı-qardaşın SON DURUMU

Bakıda partlayış zamanı xəsarət alan bacı və qardaşın vəziyyəti kritik ağırdır.

Nərimanov Tibb Mərkəzindən News24.az-a verilən məlumata görə, hər iki yaralı mərkəzin Yanıq Mərkəzinə yerləşdirilib: " Yaralıların müalicəsi mərkəzdə davam etdirilir. Lakin bədənlərinin demək olar ki, 70-80 faizi yandığı üçün vəziyyətləri kritik ağır olaraq qalır".

Xatırladaq ki, bu gün səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində partlayış baş verib. Hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Quliyeva Fərəh İmanqulu qızı və 1997-ci təvəllüdlü Quliyev Toğrul İmanqulu oğlu təcili yardım briqadasına təhvil verilib.

Samir Əli