Donetskdə dəhşətli partlayış BAŞ VERDİ
    • 23-08-2023, 12:53
    • 71

Donetskdə dəhşətli partlayış BAŞ VERDİ

Ukrayna Silahlı Qüvvələri (APU) Donetskin Voroşilovski və Kiyevski rayonlarında yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. 

News24.az xəbər verir ki, bu barədə şəhər meri Aleksey Kulemzin məlumat verib.

İlkin məlumata görə, mərmilərdən biri Roza Lüksemburq küçəsində yerləşən çoxmərtəbəli binaya düşüb. Qəsəbə rəhbərinin qeyd etdiyi kimi, hücum nəticəsində binanın yanında dayanan avtomobillərə ziyan dəyib.

 Mer yerli sakinləri təhlükəsiz yerlərdə qalmağa, həmçinin küçədə tanış olmayan əşyaları götürməməyə çağırıb.

Aynurə