Mən "qürurla" həbs olunacağam - Tramp
    • 23-08-2023, 16:45
    • 137

Mən "qürurla" həbs olunacağam - Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, o, Corciya ştatında şəffaf seçki uğrunda mübarizə apardığına görə “qürurla” həbs olunacaq.

News24.az xəbər verir ki, bu barədə Tamp “Truth Social”da yazıb.

Corciyada 2020-ci il prezident seçkilərini dövlət rəsmilərinə təzyiq edərək manipulyasiya etməyə cəhd etdiyinə görə yerli məhkəmə işi davam edərkən o, artıq yerli hakimiyyət orqanları ilə 200 min dollar girovla bağlı danışıqlar aparıb. 

“Heç kim prezident Donald Tramp kimi seçkinin bütövlüyü uğrunda mübarizə aparmayıb. Bunun üçün mən qürurla sabah axşam Corciyada həbs olunacağam”, - Tramp qeyd edib.

Akqabay