Rusiya bacarmadı, HİNDİSTAN BACARDI
    • 23-08-2023, 17:16
    • 422

Rusiya bacarmadı, HİNDİSTAN BACARDI

Hindistan "Chandrayaan-3" adlı kosmik gəmi ilə Ayın cənub qütbünə yaxın yerə enən ilk ölkə oldu.

News24.az "BBC"-yə istinadla xəbər verir ki,Hindistan Aya yumşaq eniş edən dördüncü ölkə olub.

Rusiyanın eyni məqsədlə kosmosa səyahəti uğursuzluqla nəticələndi. "Chandrayaan-3"-ün məqsədlərindən biri, alimlərin fikrincə, gələcəkdə Ayda insanların məskunlaşmasına kömək edə biləcək su əsaslı buzları kəşf etməkdir.

Qeyd edək ki, ABŞ, Sovet İttifaqı və Çin əvvəllər də Aya yumşaq eniş ediblər.

Aydan