-
- 23-08-2023, 17:42
- 272
Əfsanəvi futbolçunun səhhəti PİSLƏŞDİ
Almaniyan millisinin və "Bavariya"nın əfsanəvi futbolçusu Frans Bekkenbauerin səhhətində problem yaranıb.
News24.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya yığmasının keçmiş kapitanı Lotar Matteus danışıb. O, hazırda Bekkenbauerin vəziyyətinin yaxşı olmadığını deyib, ona şəfa arzulayıb.
Qeyd edək ki, 77 yaşlı F. Bekkenbauer Almaniya yığmasının heyətində 1972-ci ildə Avropa, 1974-cü ildə dünya çempionu olub. O, “Qızıl top” mükafatının ikiqat qalibidir.