Atdan yıxılan prokuror ÖLDÜ - FOTO
    • 23-08-2023, 17:56
    • 680

Atdan yıxılan prokuror ÖLDÜ - FOTO

Moskvanın Cənub İnzibati Dairəsinin prokuroru Anzor Meretukov atdan yıxılaraq ölüb.

News24.az  "mk.ru"-ya istinadla xəbər verir ki, faciə prokurorun tətilini yaxınları ilə keçirdiyi Adıgey Respublikasında baş verib. O, at sürərkən yıxılıb başından möhkəm xəsarət alıb. 20 gün xəstəxanada komada qalan Meretukov  avqustun 22-də vəfat edib. 

Meretukov 9 iyul 2020-ci ildə Moskvanın Cənub İnzibati Dairəsinin prokuroru vəzifəsinə təyin edilib. Rayon 16 rayondan ibarətdir və əhalinin sayına görə şəhərin ən böyük rayonudur.

AYLİN