Kamran Əliyev iki rayona yeni prokuror təyin etdi
    • 29-01-2021, 14:57
    • 1 043

Kamran Əliyev iki rayona yeni prokuror təyin etdi

Azərbaycanın iki rayonuna yeni prokuror təyin olunub.

News24.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Belə ki, əmrə əsasən Qabil Qasımov Abşeron rayon prokuroru təyin edilib. Həmçinin Baş prokurorun imzaladığı daha bir əmrlə Əli Qurbanov isə Tərtər rayon prokuroru vəzifəsinə təyinat alıb.

Faktı "Report"a Baş Prokurorluğun Mətbuat Xidməti təsdiq edib.