İsveçrədə  təyyarə qəzası: 3 nəfər ölüb
    • 20-05-2023, 20:57
    • 246

İsveçrədə təyyarə qəzası: 3 nəfər ölüb

İsveçrədə ekskursiya təyyarəsi qəzaya uğrayıb, pilot və hər iki sərnişin həlak olub.

News24.az-ın xəbərinə görə, bu barədə yerli RTN radiostansiyası məlumat yayıb.

Təyyarənin şənbə günü səhər Pont de Martel bölgəsində dağlıq ərazidə qəzaya uğradığı dəqiqləşdirilir. Xilasedicilər və Neşatel kantonunun polisi qəza yerinə çata bilib. Pilot və hər iki sərnişin həlak olub.

Xilasetmə əməliyyatları keçirilən ərazi ictimaiyyət üçün bağlıdır.

Polisin məlumatına görə, təyyarə çətin relyefdə qəzaya uğrayıb və bu, xilasedicilərin işini xeyli çətinləşdirib.

Faktla bağlı araşdırma aparılır.