-
- 24-08-2023, 13:49
- 450
Tanınmış müğənnidən aparıcılara İRAD: “Hər saz ifaçısını aşıq kimi...”
“Aşıq başqa, sağ ifaçısı başqa. Bunlar tamamilə fərqlidir”.
News24.az Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış müğənni Sahib İbrahimov “Gül kimi şou”da deyib.
Sənətçi bəzi aparıcılara iradlarını səsləndirib:
”Bəzən görürsən bəzi aparıcılar saz ifaçısını ustad aşıq kimi təqdim edirlər. Xeyr, elə deyil. Onu saz ifaçısı kimi təqdim etmək lazımdır. Sənətkarları aşıq kimi təqdim etmək lazımdır. Aşıq həm dastan danışır, həm qəhrəmandır, həm aktyordur, həm Koroğludur. Bir teatrdır, on adamı əvəzləyir. Aşıq sənəti müqəddəs və çox uca bir sənətdir. Aşıq sənəti qeyrətimiz qədər ucadır. Bu sənəti qorumaq, gələcək nəsillərə ləyaqətlə ötürmək lazımdır”.