Torpaq sürüşməsi baş verdi: ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR
    • 24-08-2023, 14:21
    • 832

Torpaq sürüşməsi baş verdi: ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR

İsraildə Ölü dəniz sahillərində torpaq sürüşməsi baş verib.

News24.az xəbər verir ki, bu barədə "Jerusalem Post" məlumat yayıb. Hadisə nəticəsində beş yaşlı uşaq ölüb, daha səkkiz nəfər isə yaralanıb.

Məlum olay bu gün səhər saatlarında çoxlu turistlərin cəlb olunduğu "Eyn Gedi" Milli Parkının ərazisində  baş verib. Hadisə yerinə bir neçə təcili yardım helikopteri uçub. Xəsarət alanlar arasında üç uşağın oldu bildirilib.

Aynurə