Kolumbiyada fəlakət: ölənlərin sayı 14-ə çatdı - YENİLƏNİB
    • 19-07-2023, 00:11
    • 373

Kolumbiyada fəlakət: ölənlərin sayı 14-ə çatdı - YENİLƏNİB

Kolumbiyanın Quetame qəsəbəsində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb.

News24.az​​​ xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 14 nəfər ölüb.

Sürşmə nəticəsində altı nəfərin xəsarət aldığı qeyd olunub.

Qeyd olunub ki, 20 nəfər itkin düşüb.


20.14

Kolumbiyanın Quetame qəsəbəsində baş verən torpaq sürüşməsi nəticəsində 10 nəfər həyatını itirib, 11 nəfər yaralanıb, 20 nəfər itkin düşüb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, həyatını itirənlər arasında 6-10 yaş arası 3 uşağın da olduğunu qeyd edib.

Sürüşmə nəticəsində 20 ev dağılıb, ərazidəki körpülərə, avtomobillərə və yollara ciddi ziyan dəyib.

Kolumbiya Prezidenti Qustavo Petro hadisədə həyatını itirənlərin yaxınlarına başsağlığı verib.